Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb

Orkhan Ali 18 Sentyabr 2024 - 16:34 (Last updated: 21 May 2025 - 20:15)
a

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.

İkitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb. Bu xüsusda, 16 sentyabr tarixində Ermənistanın ABŞ-dəki səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb.

Görüş zamanı post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses barədə qarşı tərəfə məlumat verilib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Bölgədəyi mina təhdidləri qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır
Next: Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov

User 20 Noyabr 2026 - 12:04
ilham vyetnam bas nazir
  • Siyasət

İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşüb – YENİLƏNİB

User 20 Noyabr 2026 - 09:36
ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16

xƏBƏR

tramp netanyahu
  • Dünya

ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir

User 20 Noyabr 2026 - 17:26
İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir. CBS News-un məsələdən...
Read more about ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir
Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı polsa rak
  • Dünya

Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı

User 20 Noyabr 2026 - 16:55
Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir 1704954558_telebe1
  • Sosial

Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir

User 20 Noyabr 2026 - 16:44
Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb? arxeolo seher01
  • Maraqlı

Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb?

User 20 Noyabr 2026 - 16:39
Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.