Ceyhun Bayramov Rusiya XİN-in rəhbəri ilə telefonla danışıb

08 Dekabr 2020 - 22:10

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. Danışıq zamanı nazirlər Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi ilə bağlı irəliləyişi müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Xarici siyasət qurumlarının rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatındakı müddəaların icrası vəziyyətini, ikitərəfli əməkdaşlığın aktual məsələlərini və günün beynəlxalq hadisələrini müzakirə ediblər”, – məlumatda belə deyilir.