Ceyhun Bayramov Sergey Lavrovla görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Düşənbədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Bu barədə TASS məlumat yayıb.

Görüş MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutub.

 

“Situasiyaya ümumi baxış keçirmək, prezidentlərin qoyduğu konkret tapşırıqların necə yerinə yetirildiyinə baxmaq üçün yaranan istəniləni məkan çox və çox dəyərlidir”- bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.

Lavrov Ceyhun Bayramovla görüşünün iki ölkənin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə – müttəfiqlik səviyyəsinə çatdığı zamanda keçirildiyini deyib.

“Qeyd etmək istərdim ki, bu il diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Yaxın vaxtlarda bir çox parlaq tədbirlərin keçirilməsi, Rusiya-Azərbaycan sənədlər toplusunun çapa hazırlanması gözlənilir”, – o deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.