Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə getdi

Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.

Bu barədə XİN məlumat yayıb.

Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Ukraynaya səfəri çərçivəsində Kiyevdə xarici işlər naziri Andriy Sıbiha qarşılayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun Andriy Sıbiha ilə yanaşı, digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.