Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ceyhun Bayramov ÜST-nin Avropa üzrə regional direktoru ilə görüşüb

Orkhan Ali 19 Noyabr 2024 - 18:16 (Last updated: 21 May 2025 - 20:15)
ceyhun ukr

Noyabrın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-ÜST əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub. Ölkəmizin ÜST ilə yaxından əməkdaşlıq etdiyi, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin görülməsi istiqamətində aparılan birgə fəaliyyətin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Pandemiya dövründə ölkəmizin COVID-19 pandemiyası ilə mübarizə sahəsində beynəlxalq səylərin gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi, xüsusilə vaksinlərə əlçatanlığın təmin olunması baxımından təşəbbüslərinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunması xüsusilə vurğulanıb.

Tibb və sağlamlıq sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin, xüsusilə tibb universitetləri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.

Azərbaycan və ÜST tərəfindən həyata keçirilən birgə layihələr, xüsusilə postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə psixoloji sağlamlıq xidmətlərinin göstərilməsinə dəstək istiqamətli təşəbbüslərin əhəmiyyətindən bəhs olunub. Bununla yanaşı, post-münaqişə reabilitasiya dövründə mina təhdidi ilə mübarizə sahəsində səhiyyənin roluna və bu istiqamətdə əməkdaşlığın vacibliyinə vurğu edilib.

Nazir Ceyhun Bayramov həmçinin ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. COP29-un ilk günündə sessiyanın gündəliyinin təsdiqi, Paris Sazişinin 6.4 və 6.8-ci maddələrinin razılaşdırılması, maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması, habelə İtki və Zərərə cavab verən Fondun fəaliyyət üçün tam hazır olması ilə bağlı qəbul olunan mühüm qərarlar xüsusilə vurğulanıb.

İqlim dəyişikliyi və sağlamlıq mövzuları arasında mövcud üzvi əlaqəni nəzərə alaraq, bu istiqamətdə sədrliyimiz çərçivəsində ÜST ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: İtaliya Rusiyanın dərinliklərinə zərbələrin əleyhinədir
Next: Baydenin nümayəndəsi Beyruta gəldi

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

avtomobil yol
  • Maraqlı

Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər

User 25 Oktyabr 2026 - 11:35
Avtomobilin yanacaq sərfiyyatının artması, təkərlərin tez aşınması və yolda idarəetmənin çətinləşməsi bəzən sadə bir səbəblə — təkərlərdəki...
Read more about Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər
Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin pehriz
  • Maraqlı

Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin

User 25 Oktyabr 2026 - 11:15
Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı – obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.