ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə tvit yazıb.
Azpost.info bildirir ki, o C.Bayramovla görüşməkdən məmnun olub. Nuland həmçinin ABŞ-ın Əfqanıstandan vətəndaşlarını çıxarmaqda göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.
“Biz regionun minalardan təmizlənməsi, barışıq, regionda sabitilik və sülh üçün, o cümlədən Minsk Qrupunun mexanizmləri vasitəsilə bölgədə sülhün və sabitliyin təşviqi üçün addımlar da daxil olmaqla irəliləyişləri səbirsizliklə gözləyirik”-deyə Nuland yazıb.
Nuland və C.Bayramov sentyabrın 21-də BMT-nin iclası çərçivəsində görüşüb.
https://twitter.com/UnderSecStateP/status/1440477544139034625
