“Görüşə şad oldum…Qarabağla bağlı irəliləyişləri gözləyirik!” –ABŞ dövlət katibinin müavini Bakıya təşəkkür etdi

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə tvit yazıb. 

Azpost.info bildirir ki, o C.Bayramovla görüşməkdən məmnun olub. Nuland həmçinin ABŞ-ın Əfqanıstandan vətəndaşlarını çıxarmaqda göstərdiyi yardıma görə  Azərbaycana təşəkkür edib.

“Biz regionun minalardan təmizlənməsi, barışıq, regionda sabitilik və sülh üçün, o cümlədən Minsk Qrupunun mexanizmləri vasitəsilə bölgədə sülhün və sabitliyin təşviqi üçün addımlar da daxil olmaqla irəliləyişləri səbirsizliklə gözləyirik”-deyə Nuland yazıb.

Nuland və C.Bayramov sentyabrın 21-də BMT-nin iclası çərçivəsində görüşüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP-ın“91-lər”indən olan sabiq deputat Kərim Kərimov vəfat edib

Sonrakı məqalə

İran xarici işlər nazirinin müavini Ağdamda Natəvanın dağıdılmış məzarına baxıb