Ceyhun Bayramovla Türk Dövlətləri Təşkilatının Baş katibi danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev arasında telefon danışığı olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 21 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Tərəflər, Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın VIII Zirvə Görüşünün qərarlarının icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.

Tərəflər, həmçinin təşkilatın gələcək tədbirləri ətrafında müzakirələr aparıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.