Ceyhun Bayramovun Türkiyəyə səfərinin proqramı açıqlanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə APA-ya  Türkiyə XİN-dən bildirilib.

Səfər iyulun 31-də baş tutacaq.

“Səfər zamanı dost və qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın müxtəlif aspektlərinin müzakirəsi, eləcə də regionumuzda baş verən proseslərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, – məlumatda deyilib.

Əvvəlki məqalə

Naxçıvanda dini mərasimdə iştirak edən uşaqların valideynləri məsuliyyətə cəlb edilib

Sonrakı məqalə

1991-ci ildə azərbaycanlıları qətlə etirən şəxs Laçın postunda saxlanılıb