Ceykob Rotşild 87 yaşında vəfat edib- “İndependent”

Rotşildlər ailəsinin Londondakı müəssisələrinin rəhbəri, britaniyalı bankir Ceykob Rotşild vəfat edib.

Azpost.info xəbər verir ki, bu barədə “İndependent” ailənin bəyanatına istinadən yazıb.

87 yaşlı Ceykob Rotşild yəhudi adətinə uyğun dəfn ediləcək.

“Atamız Ceykob çoxlarının həyatında böyük yer tutub. O, görkəmli şəxsiyyət, əla maliyyəçi, fədakar dövlət qulluqçusu və xeyriyyəçi idi”, – Rotşild ailəsinin açıqlamasında deyilir.

Britaniyalı maliyyəçi karyerasına 1963-cü ildə ailə “NM Rothschild & Sons” bankında başlayıb, 1980-ci ildə o vaxtkı “J Rothschild Assurance Group”, indiki “St James’s Place”ın təsisçilərindən olub.

O, həmçinin ailənin xeyriyyəçi portfelini idarə etmək üçün “Windmill Hill Asset Management” şirkətini qurub, “BSkyB” sədrinin müavini vəzifəsində çalışıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.