Ciddə konfransında Ukrayna ilə bağlı hansı qərarlar verilib?- “Bloomberg” AÇIQLADI

Səudiyyə Ərəbistanında keçirilən konfrans Ukraynanın ərazi bütövlüyü ideyasına geniş dəstək nümayiş etdirdi.

Azpost.info xəbər verir ki, avropalı iştirakçılar Çinin orada iştirakını görüşdə təmsil olunmayan Rusiyanın mövqelərinə zərbə kimi qiymətləndiriblər.

Moskva rəsmi Kiyev və onun müttəfiqlərinin geniş koalisiya yaratmaq səylərini uğursuzluğa məhkum olduğunu desə də, Kremlə yaxın analitiklərin çıxışlarında artıq narahatlıq hiss olunur.

Ciddədə keçirilən konfransda 42 ölkə milli təhlükəsizlik müşavirləri səviyyəsində təmsil olunub. Onların arasında Rusiyanın BRİKS-dəki bütün tərəfdaşları, Çinin Ukraynada sülh nizamlanması üzrə xüsusi elçisi, Si Cinpin tərəfindən təyin edilmiş Li Huey də iştirak edib.

Müzakirə 2022-ci ilin sonunda Vladimir Zelenskinin təklif etdiyi 10 bəndlik sülh formulası ilə bağlı mövzular ətrafında aparılıb.

“The Wall Street Journal”ın məlumatına görə, sammitin iştirakçıları danışıqların yekunlarına əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün ədalətli şərtlərlə bağlı razılığa gəliblər. Nəşr qeyd edir ki, Ciddə sammitindən sonra diplomatlar Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq hüququn mərkəzi prinsiplərinin Ukrayna və Rusiya arasında gələcək sülh danışıqlarında əsas yer tutmalı olduğunu bildiriblər.

Konfrans iştirakçıları “Bloomberg”ə bildiriblər ki, bir sıra məsələlər, o cümlədən ərzaq və nüvə təhlükəsizliyi üzrə işçi qrupların yaradılması qərara alınıb.

İştirakçı ölkələrin əksəriyyəti, o cümlədən Çin, yaxın həftələrdə eyni formatda Rusiyasz görüşməyə hazır olduqlarını bildirdilər.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə liman ərazisində güclü partlayış olub

Sonrakı məqalə

Avqustun 12-dək Bakıda 40, rayonlarda 44 dərəcə isti gözlənilir