Çimərliklərlə bağlı TƏBİB-dən açıqlama

20 May 2021 - 13:50

Bu il də ötən il olduğu kimi çimərliklər müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərə bilər.

Bunu Real TV-nin efirində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, lakin bu qaydalar TƏBİB tərəfindən tənzimlənmir və o sadəcə həkim olaraq qiymət verir: “Ötən il çimərliklərlə bağlı sanitar qaydalar da hazırlanmışdı. Bu qaydalar əsasında bu il aidiyyəti strukturlar qərar verə bilərlər”.