Bu gün Rusiya, Azərbaycan və Ermənistan arasında yeni üçtərəfli sənəd imzalanacaq

Bu gün Rusiya, Azərbaycan və Ermənistan arasında yeni üçtərəfli sənəd imzalanacaq. 

Bu barədə Azpost.info-ya Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov məlumat verib.

Politoloqun sözlərinə görə, dünən Rusiya prezidenti Putinin Azərbyacan və Ermənistan tərəfi ilə apardığı dialoq və Bakının prinsipial mövqeyinin nəticəsində yekun olaraq Bakı və İrəvan arasında iki sənədin imzalanması gözlənilir.

İmzalanacaq bu sənədlərdən biri bir neçə saat sonra açıqlanacaq. Saat 16.00 da yeni sənəd imzalanacaq.

Qeyd edək ki, Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Paşinyan bu gün hökümətin iclasında yeni üçtərəfli müqavilə ilə bağlı danışıqlar getdiyini bəyan edib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məscidlərdə camaat namazının bərpa olunacağına ümidliyik” –

Sonrakı məqalə

Çimərliklərlə bağlı TƏBİB-dən açıqlama