Çimərlikdə nəhəng tısbağa turistləri qorxutdu –VİDEO

Seyşel adasındakı çimərikdə suya doğru gedən nəhəng tısbağa turistlərin marağına səbəb olub.

Azpost.info bildirir ki, bununla bağlı görüntülər paylaşılıb.

Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası adlanan  bu canlı quru tısbağaları növünə aiddir. Aldabra adası üçün endemik canlı sayılır, nadir növdür. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır.

Hazırda bu növ tısbağaların yeganə təbii yayılma arealı Seyşel adalarınna daxil olan Albadra adalarıdır. Seyşel, Reyunon, Mavriki, Nusi-Be adalarında isə köçürülmə populyasiyalar vardır. Təkcə Albadra adasında sayları 150 000 baş olaraq qiymətləndirilir.

Olduqca iri olan tısbağanın böyük ayaqları olsada kiçik başa sahibdir. Çanağının uzunluğu nadir hallarda 120 sm çatır.

Əsasən açıq otluqlar, kolluqlar və ağacların çox olduğu ərazilərdə qidalanırlar.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.