“Çinə Rusiyanın müharibədə məğlub olması sərf edir”- BORREL

“Çinə Rusiyanın müharibədə məğlub olması sərf edir”.

Azpost.info xəbər verir ki, “Financial Times” bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrelə istinadən yazıb.

Borrelin fikrincə, Rusiya Ukraynada məğlub olacağı təqdirdə Çin geosiyasi üstünlüklərdən istifadə edəcək.

“Pekinin ambisiyası mərkəzində Çin olmaqla yeni dünya nizamı qurmaqdır. Rusiyanın Ukraynada məğlubiyyəti onun inkişaf trayektoriyasını dəyişməyəcək. Çin bundan geosiyasi fayda əldə edə biləcək”, – Borel bildirib.

Onun sözlərinə görə, Çin məsələsi Rusiya məsələsindən daha mürəkkəbdir: “Pekinin qlobal hədəflərinə baxmayaraq, Brüssel Ukraynadakı hərbi münaqişə ilə bağlı Çinlə ciddi qarşılıqlı əlaqədə olmağa və onun Moskvaya şifahi dəstəyinə fikir verməməyə hazırdır. Avropa İttifaqı münaqişənin həlli üçün Çinin atdığı bütün müsbət addımları alqışlayır”.

Bu arada, Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Ukrayna böhranının siyasi həlli üzrə bütün tərəflərlə dərin məsləhətləşmələr üçün Rusiya, Ukrayna, Polşa, Fransa və Almaniyaya gedəcək.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan XİN başçıları Moskvada bu tarixdə görüşəcək

Sonrakı məqalə

Çinin Ukrayna böhranı üzrə xüsusi nümayəndəsi Putinlə görüşəcəkmi?