Çin Azərbaycana koronavirusla bağlı yardım təklif etdi- XİN-dən açıqlama

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Dövlət Müşaviri, CXR-nın Xarici işlər naziri Van İn Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova teleqram göndərib.

XİN-dən verilən məlumata görə, teleqramda Van İn yeni koronavirus pnevmoniyası başlayandan bəri, Azərbaycan tərəfinin epidemiya ilə mübarizədə Çinə güclü dəstək verdiyini vurğulayıb və bu xüsusda Çinin dərin minnətdarlığını ifadə edib.

Hazırda yeni koronavirus sətəlcəm epidemiyasının getdikcə dünya miqyasında yayıldığını və Azərbaycanda təsdiqlənmiş halların artdığını qeyd edən Van İn, ÇXR Xarici İşlər Nazirliyi və şəxsən öz adından dost Azərbaycan xalqına başsağlığı verir və bütün xəstələrin erkən sağalmasını arzu edir.

Teleqramda qeyd edilir ki, Çin və Azərbaycan yaxın dost və yaxşı tərəfdaşdırlar. Azərbaycan tərəfi epidemiyanın qarşısını almaq və nəzarət etmək üçün fəal tədbirlər həyata keçirir. Çin bu məqsədlə öz imkanları daxilində yardım göstərməyə və epidemiya vəziyyəti, qarşısının alınması və nəzarət təcrübəsi, eləcə də tibbi müalicə ilə bağlı Azərbaycan tərəfi ilə sıx əlaqə saxlamağa hazırdır.

Teleqramda daha sonra deyilir: “Biz inanırıq ki, Azərbaycan tərəfi ən qısa müddətdə epidemiyanı aradan qaldıracaq və Çin-Azərbaycan münasibətləri yeni və daha böyük inkişafa başlayacaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana yardım ayırıb

Sonrakı məqalə

Türkiyənin İranla sərhəd bölgəsi karantinə alınıb