“Çin beynəlxalq ictimaiyyətin tərəfindədir, sülhü və danışıqları təşviq edir”- XİN rəhbəri

“Çin həmişə Ukrayna böhranının danışıqlar yolu ilə həllinin tərəfdarı olub”.

Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, Pekin həmişə sülh və BMT Nizamnaməsinin məqsədlərinin həyata keçirilməsinin tərəfdarı olub: “Çin beynəlxalq ictimaiyyətin tərəfindədir, sülhü və danışıqları təşviq edir. Biz Ukrayna böhranının həllində konstruktiv rolumuzu oynamağa davam edəcəyik”.

Bundan əvvəl Blinken və Van İ Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı müzakirə edib və Vaşinqtonla Pekin arasında açıq kommunikasiya kanallarının saxlanmasının vacibliyini qeyd ediblər. Dövlət katibi həmçinin Rusiya və Ukrayna arasında münaqişə və bununla bağlı dünya təhlükəsizliyi və iqtisadi sabitliyə təhdidlərdən narahatlığını ifadə edib.

Azpost.info

Əvvəlki məqalə

“Yalan və spekulyativ məlumatlar yayılır”

Sonrakı məqalə

Dövlət Xidməti saxta tenderlər aşkar edib –