Çin dövlət korporasiyası NORINCO tərəfindən hazırlanmış irimiqyaslı yük PUA-sı “LUCA” ilk uçuşunu uğurla başa vurub.
Azpost.info bildirir ki, bu, Çinin 7 tonluq maksimum uçuş çəkisi kateqoriyasında ilk PUA-sıdır. Hal-hazırda rəsmi olaraq dünyanın ən böyük xüsusi logistika PUA-sı hesab olunur və uğurla uçuş həyata keçirib.
“LUCA” ölçüsünə görə kiçik pilotlu nəqliyyat təyyarələri ilə müqayisə edilə bilər, lakin tam avtonom şəkildə idarə olunur. Kiçik kuryer dronlarından fərqli olaraq, “LUCA” regionlararası daşımalar üçün nəzərdə tutulub. Bu da əsas logistika mərkəzləri arasında kommersiya yüklərinin çatdırılmasının xərcini və vaxtını əhəmiyyətli dərəcədə azalda bilər.