Çin koronavirusun mənşəyinin öyrənilməsinə dair xahişi rədd edib

Çin iyulun 22-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyinin tədqiqatına dair ikinci fazanın keçirilməsi xahişini rədd edib.

Bu tədqiqatda habelə virusun potensial olaraq laboratoriyadan sızması versiyası da araşdırılır.

Reuters yazır ki, ÜST bu ay Çində koronavirusun mənşəyinin öyrənilməsi üçün tədqiqatın ikinci fazasının keçirilməsini təklif etmişdi. Bu fazada Vuhan şəhərindəki virusologiya laboratoriyası və heyvan bazarının təftişi nəzərdə tutulur.

Lakin Çin rəsmiləri virusun laboratoriyadan sızması versiyasını qətiyyətlə yaxın qoymurlar. Çin səhiyyə nazirinin müavini Jenq Yiksinq deyib: “Biz belə bir mənşə axtaran və sağlam düşüncəni və elmi inkar edən planı qəbul etməyəcəyik”.

Jenq deyib ki, o ÜST-nin planını ilk dəfə oxuyarkən sarsılıb. Çünki burada Çinin labotaroriya protokollarını və təhlükəsizlik qaydalarını pozduğuna dair versiya da var.

DST-nin baş katibi iyulun əvvəllərində demişdi ki, Çində COVID-19 pandemiyasının mənşəyinin araşdırılmasına virusun ilkin yayılmasına dair xam materialın olmaması maneçilik törədir.

Çin isə bu materialı verməkdən boyun qaçırır. Jenq deyib ki, bu informasiyalardan bəzisi şəxsi məlumatlar olduğuna görə paylaşıla bilməz: “Biz ümid edirtik ki, ÜST Çin ekspertlərinin nəticə və təkliflərini ciddiliklə yenidən nəzərdən keçiriəcək və COVID-19 virusunun mənşəyinin araşdırılmasına siyasi müdaxilə yox, elmi baxımdan yanaşacaq”.

Çin bu məsələnin siyasiləşdirilməsinə qarşı olduğunu bildirir. Amma eyni zamanda virusun mənşəyi də ekspertlər arasında mübahisəli qalmaqda davam edir. Koronavirusa ilk yoluxmalar 2019-cu ilin sonlarında Çinin Vuhan şəhərində aşkar edilib.

ÜST-dəki Çin nümayəndə heyətinin başçısı Lyanq Vanian deyib: “Biz inanırıq ki, laboratoriyadan sızma variantı son dərəcə ağlabatan deyil və bu versiyaya bu qədər enerji və pul xərclənməsinə dəyməz”.

Bununla belə Lianq deyib ki, laboratoriyadan sızma variantı tamamilə istisna edilə bilməz. Lakin o əlavə edib ki, virusun ilkin yayılması versiyasını yarasaların populyasiyası olan başqa ölkələrdə də araşdırmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

3 gün sonra toyu olacaqdı, qəzada öldü –

Sonrakı məqalə

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” –