Koronavirusun yayılma mənşəyi ilə bağlı müstəqil araşdırmaya dəstək artdıqca, Çin bazar ertəsi belə bir addımın vaxtından əvvəl atıldığını bəyan edib.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Ço Liczian brifinq zamanı dünya ölkələrinin əksəriyyətinin hələ də pandemiyanın davam etdiyinə inandığını deyib.
Avropa Birliyinin hazırladığı qətnamə layihəsinin Ümumdünya Səhiyyə Təşkilatının idarəedici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasında bu həftə təsdiqlənməsi gözlənilir.
Layihədə həm pandemiyanın necə başladığının, həm də ona verilən reaksiyaların araşdırılmasına çağırılır.
Belə bir istintaqın aparılmasının ən çox tərəfdarlarından biri olan Avstraliyanın xarici işlər naziri Marisi Peyn bazar ertəsi səylərin qərəzsiz, müstəqil və hərtərəfli olmasını istədiyini deyib.
“Biz Ümumdünya Səhiyyə Assambleyasının bu təklifinə dəstəyin artamasından çox məmnunuq” – deyə, Avstraliyanın xarici işlər naziri bildirib.
Yeni koronavirus ilk dəfə dekabr ayının sonlarında Çində aşkar edilib və dünya boyu yayılaraq, 315 mindən çox insanın ölümünə və ən azı 4.7 milyon insanın yoluxmasına səbəb olub.
Hökumətlər virusun yayılmasının qarşısını almaq üçün təcrid, ictimaiyyət arasında sosial uzaqlaşma və üz maskaları taxmaq kimi qaydalar tətbiq edbi. Bu kimi addımlar isə iqtisadiyyatları iflasa uğradıb. (Amerikanın Səsi)