Çin Mərkəzi Bankı qızıl ehtiyatlarını artırır– Pekin nəyə hazırlaşır?

Son bir neçə aydır Çin Mərkəzi Bankı qızıl ehtiyatlarını artırır və eyni zamanda ABŞ istiqrazlarına investisiyaları azaldır.

Azpost.info xəbər verir ki, bu barədə “The Epoch Times” yazıb.

Analitiklər hesab edirlər ki, bu yolla Pekin Vaşinqtonun Çinə tətbiq edə biləcəyi sanksiyalara hazırlaşır.

“2022-ci ilin sonundan etibarən Çin qızıl ehtiyatlarını artırmağa başlayıb. 2022-ci ilin noyabrından mart ayına qədər ehtiyatlar 120 ton artıb. Bundan başqa, fevralın sonundan martın sonuna kimi ölkənin qızıl ehtiyatları 18 ton artaraq 2,078 tona çatıb”, – məlumatda deyilir.

Eyni zamanda qeyd edilir ki, 2019-cu ilin sentyabrından 2022-ci ilin oktyabrına qədər olan dövrdə Çinin qızıl ehtiyatları dəyişməz qalıb.

ABŞ Xəzinədarlıq istiqrazlarına gəlincə, onların həcminin azalması illik müqayisədə təxminən 20 faiz təşkil edib. Əgər 2022-ci ilin yanvar ayının sonunda ABŞ istiqrazlarının həcmi 1 054,8 milyard dollar idisə, bu il yanvarın sonunda 859,4 milyard dollara qədər azalıb.

Ekspertlər izah ediblər ki, Çin hakimiyyəti Rusiya ilə olduğu kimi ölkənin ABŞ-ın qlobal dollar ödəniş sistemindən çıxarılmasından ehtiyat edir.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistan Azərbaycanla sülh bağlayandan sonra NATO-ya üzv olacaq” –

Sonrakı məqalə

Sabah Bakıda və rayonlarda hava necə olacaq?