Çin Moskvada viza xidməti mərkəzi açıb

Moskvada Çin viza xidməti mərkəzi işə başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfirliyi məlumat verib.

Səfirlikdən bildiriblər ki, 7 avqust 2023-cü il tarixində Çinin Rusiyadakı səfirliyi Moskvada rəsmi olaraq viza xidməti mərkəzini işə salacaq.

Viza mərkəzi sənədləri həftə içi saat 9.00-dan 15.00-dək qəbul edəcək. Ərizəçi internet səhifəsində viza ərizəsi formasını doldurmalı və görüş təyin etməlidir.

Səfirlik xəbərdarlıq edib ki, mərkəzin xidmətləri pulludur.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağ”ın Avropa Liqasında potensial rəqibləri müəyyənləşib

Sonrakı məqalə

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq