“Çin Ukrayna ətrafındakı vəziyyətlə bağlı heç bir tərəfə silah satmayacaq”.
Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Qin Qanq bildirib.
“Çin münaqişə tərəflərinə silah ötürməyəcək və norma və qanunlara uyğun olaraq ikili təyinatlı malların ixracını tənzimləyəcək”, – XİN rəhbəri deyib.
O əlavə edib ki, Pekin ikili təyinatlı malların ixracına nəzarət edəcək.
Nazir bildirib ki, Çin bu problemin sülh yolu ilə həllinin axtarışına yardım etmək istəyir: “Eyni zamanda qeyd edim ki, hər hansı konkret tərəfin təhlükəsizlik maraqları tanınmadan, böhranlar və münaqişələr qaçılmazdır”.
Azpost.info