Çin ölkədə vəhşi heyvanların ətinin satıldığı bazarların olmadığını bildirib

23 Aprel 2020 - 15:58
“Çində vəhşi heyvanların ətinin satıldığı bazar yoxdur”.
APA-nın xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq deyib.
Onun sözlərinə görə, Çİn bazarlarında kənd təsərrüfatı və dəniz məhsulları satılır: “Onlardan yalnız az bir qismi canlı quş satır. Bu bazarlarda vəhşi heyvanların ticarəti qanunsuzdur və günahkarlar aşkarlanan kimi cəzalandırılacaqlar”.
XİN rəsmisi qeyd edib ki, tez xarab olan məhsulların satıldığı bazarlar həm Çində, həm də başqa inkişaf edən ölklərdə var: “Bu tip bazarlar insanların gündəlik yaşayışı üçün vacibdir. Beynəlxalq hüquqla bu bazarlar ləğv oluna bilməz”.
Qeyd edək ki, Çin vəhşi heyvanların ətinin ticarətini qadağan etmədiyi üçün tənqid olunur.