Çin Rusiyanı sıxışdıraraq ilk dəfə Qazaxıstanın əsas ticarət tərəfdaşı oldu- RƏQƏMLƏR

Çin Rusiyanı sıxışdıraraq Qazaxıstanın əsas ticarət tərəfdaşına çevrilib.

Azpost.info xəbər verir ki, 2022-ci ildə Qazaxıstanın xarici ticarətində Çinin payı 19,2, Rusiyanın payı isə 18,8 faiz olub.

2022-ci ildə Qazaxıstanın Çinlə ticarət dövriyyəsi 6,2 milyard dollar, Rusiya ilə cəmi 1,5 milyard dollar artıb.

Çin gömrüyünün məlumatına görə, Qazaxıstanla ticarət dövriyyəsi ötən il 31,2 milyard dollara yüksəlib.

2023-cü ilin yanvar-may aylarında Qazaxıstanın Çinlə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz artaraq 10,7 milyard dollara çatıb.

Çin əsasən ixracın artması hesabına Qazaxıstanın əsas tərəfdaşına çevrilib. Pekin Astananı avadanlıq (smartfonlar, noutbuklar), geyim və avtomobil hissələri ilə təmin edir.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb

Sonrakı məqalə

Bakıda azyaşlıların dini yürüşünü təşkil edən şəxs saxlanılıb