“Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmalıdır”- BORREL

“Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa, Avropa İttifaqı ilə münasibətləri normal inkişaf etməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

“Çinlilərin davranışı avropalıların xoşuna gəlməyəcəyi müddətdə Avropa İttifaqı Pekinlə dost ola bilməyəcək”, – Borrel bildirib.

Onun sözlərinə görə, Pekin başa düşməlidir ki, Brüssel üçün Ukrayna münaqişəsi ekzistensial xarakter daşıyır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.