Çin sülh danışıqları üçün atəşkəsi zəruri şərt adlandırıb- Fransa qarşı çıxıb

Ciddədə keçirilən Ukrayna üzrə konfarnsda Çin rəsmiləri sülh danışıqlarının başlanması üçün atəşkəs rejimini zəruri şərt adlandırıblar.

Azpost.info xəbər verir ki, bu barədə mənbələr “Bloomberg”ə bildiriblər.

Fransalı nümayəndələr Çinin bu yanaşmasını qəbuledilməz adlandırıblar. Onlara görə, bu, Rusiyanın işğal etdiyi ərazilərin onun tərkibində qalmasına imkan verəcək.

“Çin görüşdə konstruktiv görünürdü və Rusiya olmadığını göstərmək istəyirdi”, – avropalı diplomat “Financial Times”a bildirib.

Diplomatın sözlərinə görə, Çinin iştirakı Rusiyanın getdikcə daha çox təcrid olunduğunu göstərir.

Azpost.info

Əvvəlki məqalə

Avqustun 12-dək Bakıda 40, rayonlarda 44 dərəcə isti gözlənilir

Sonrakı məqalə

Ombudsmanın əməkdaşları Laçında dövlət sərhədini pozan Ermənistan vətəndaşına baş çəkib