Çin Suriyaya ərazi bütövlüyünü qorumağa və ölkədə sabitliyi bərpa etməyə kömək edəcək.
Azpost.info xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ bildirib.
“Çin Suriyaya öz suverenliyini qorumağa və sabitliyi bərpa etməyə kömək edəcək. Suriyadakı vəziyyət qəfil dəyişikliklərə məruz qalıb, lakin Pekin suriyalıları dəstəkləməyə davam edəcək”, – XİN başçısı deyib.
Van İnin sözlərinə görə, Çin Suriyada xaos yaratmaq fürsətindən istifadə edən terrorçu qrupların əleyhinədir.
Azpost.info