Qazaxıstan və Çin hökumətləri qarşılıqlı viza tələblərindən azad olunma haqqında hökumətlərarası saziş imzalamağı planlaşdırırlar.
Azpost.info xəbər verir ki, iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri bu sənədi 2023-cü ilin mayında imzalamalıdırlar.
“Bu sazişin 2-ci maddəsində göstərilən etibarlı səyahət sənədlərinə malik olan vətəndaşlar 180 təqvim günü ərzində 90 təqvim günü şəxsi işlər, turizm, müalicə, beynəlxalq daşımalar, transit və işgüzar məqsədlər üçün viza tələblərindən azaddırlar”, – sənəd layihəsində deyilir.
Azpost.info