Çin XİN rəhbəri:"Honkonqu qarışdırmaq üçün istənilən сəhd uğursuz olacaq"

Honkonqu qarışdırmaq, onun sabitliyini və inkişafını pozmaq üçün istənilən cəhd uğursuz olacaq.

Azərtac xəbər verir ki, bu sözləri Tokioda səfərdə olan Çinin Xarici İşlər naziri Van İ jurnalistlərin suallarını cavablandırarkən deyib.

Çin rəsmisi bildirib ki, Honkonqda vəziyyətin necə dəyişməsindən asılı olmayaraq bir məsələ tam aydın olaraq qalır: Honkonq xüsusi inzibati bölgə kimi Çin ərazisinin bir hissəsidir.

Qeyd edək ki, cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilərək, zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırır, polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər. Çin tərəfi bəzi xarici ölkələrin Honkonq məsələsi ilə bağlı açıqlamalarını və fəaliyyətlərini, o cümlədən ABŞ rəsmilərinin özünü Honkonqun insan haqları fəalı kimi qələmə verənlər ilə görüşməsini, Birləşmiş Ştatların Senatında Honkonqla bağlı aktın qəbul olunmasını böyük narazılıqla qarşılayıb. Rəsmi Pekin bu cür addımları Çinin daxili işlərinə kobud müdaxilə, habelə Honkonqdakı radikal qüvvələrin və aqressiv fəalların dəstəklənməsi kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Culian Assanj həbsxanada ölə bilər

Sonrakı məqalə

Əlilliyə görə aylıq müavinətin təyinatı da elektronlaşdırıldı