Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb –DİN

Noyabrın 5-də və 6-da ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarılan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Medvedyev Ukrayna müharibəsinin başlanma səbəbini açıqladı

Sonrakı məqalə

“Ratsiyada erməni dilində əmr verib 1500 erməni hərbçisini aldatdı…” –