Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb

Mayın 20-də və 21-də ölkə ərazisində qeydə alınan 107, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Azpost.info-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Gəncədə 61 yaşlı qadını fotolarla şantaj edən şəxs tutuldu –

Sonrakı məqalə

Patriarx Kirilin avtomobili qəzaya düşüb