Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Cinayət işinə xitam “verdirən”, sosial ev “paylayan” taksi sürücüsü

Orkhan Ali 06 Mart 2025 - 19:54 (Last updated: 21 May 2025 - 20:15)
a43521f456ae14395895bad181241054_taksisurucusu

Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı kimi təqdim edərək dələduzluq əməlində təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, Zamiq adlı şəxs Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə mühakimə olunaraq 2 il 5 müddətinə azadlıqdan məhrum edilib.

İş materiallarından aydın olur ki, taksi sürücüsü işləyən Zamiq əvvəlcə İ.A. adlı müştərisini aldadıb. O, müştərisinə ƏƏSMN-də işlədiyini, istirahət günlərində isə boş olduğu üçün taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib.

Söhbət zamanı İ.A. sosial ev layihəsi çərçivəsində mənzil almaq istədiyini bildirib. Zamiq isə nazirlik işçisi kimi ona bu məsələdə yardım edə biləcəyini deyib. Təbii ki, bu yardımın qarşılığı olmalıdır. Zamiq də bu yolla İ.A.-nın 18 300 manat pulunu mənimsəyib.

Daha sonra isə başqa bir şəxsə oğlunun cinayət işinin icraatına xitam verəcəyini deyərək ona qarşı da dələduzluq əməli törədib. Zamiq bu şəxsdən də 8000 manat pul alıb.

O, məhkəmədə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu deyib.

 

Post navigation

Previous: Mehriban Əliyeva Gəncədə orta məktəbdə aparılan təmirlə tanış olub
Next: Zamirə Hacıyevanın müsadirə olunmuş əmlakı Londonda satışa çıxarılıb

Oxşar xəbərlər

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.