Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb

cinayət
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb
Yanvarın 25-də və 26-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
AzPost bildirir ki, bu barədə DİN mətbuat xidmətinin məlumatında deyilir.
Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərərfindən mütamadi olaraq keçirilən tədbirlər nəticəsində törədilmiş cinayət faktlarının üstü isti izlərlə açılır. Cinayət törədən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.