Çində koronavirus əleyhinə peyvənd üçün ilk dəfə patent hüququ verilib

Çin Xalq Respublikasının Dövlət Əqli Mülkiyyət İdarəsi Hərbi Tibb Elmlər Akademiyasına və “CanSino” Bioloji Akademiyasına koronavirus (COVID-19) əleyinə peyvəndi üçün ilk dəfə olaraq patent hüququ verib.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə idarənin saytında dərc edilmiş sənəddə əks olunub.

İyun ayının əvvəlində “Ad5-nCoV” peyvəndinin bir il müddətinə ölkədə hərbi istifadəsi üçün xüsusi icazə alınıb.

Bildirilib ki, siçan və donuzlar üzərində aparılmış tədqiqatın nəticələrinə görə, peyvənd qısa müddətdə orqanizmdə hüceyrələrin intensiv immun reaksiya verməsinə imkan verir.

Nəticədə 14 gün sonra “nCoV” ağciyər toxumasının daxilində olan virus yükü əhəmiyyətli dərəcədə azalır.

Bundan əlavə, peyvəndin asan və tez hazırlanması qeyd olunur ki, bu da vaksinin qısa müddətdə kütləvi istehsal olunmasına imkan verəcək. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiyaya görə uşağı məktəbə göndərməyən valideynlərlə razılıq protokolu imzalanacaq

Sonrakı məqalə

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı