Pandemiyaya görə uşağı məktəbə göndərməyən valideynlərlə razılıq protokolu imzalanacaq

“Seyrəldilmiş şagird cədvəlində 3 tərəfdən ixtisarlara gedirik”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, şagirdlər müəyyən qrafiklə məktəbə gələcək: “Təkliflərdən biri də şənbə gününün dərs gününə əlavə olunmasıdır. Həftədə dərs saatlarının azlığı, şagird sıxlığının azaldıması ilə çox böyük məktəblərdə də optimal nəticəyə gələ bilərik”.

Şöbə müdirinin sözlərinə görə, müəyyən qrup valideynlər var ki, pandemiyadan qorxuya düşüb uşaqlarını məktəbə göndərmək istəməyəcək: “Belə valideynlərlə razılaşma protokolumuz olacaq. Şagird valideynin nəzarəti altında tele-dərslərə baxmalı və virtual dərslərə qoşulmalı, seyrək cədvəllə də olsa, kiçik və böyük summativlərdə gəlib iştirak etməlidir. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şagirdlərin zəruru fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılır –

Sonrakı məqalə

Çində koronavirus əleyhinə peyvənd üçün ilk dəfə patent hüququ verilib