Çində koronavirusa yoluxan əcnəbilərin sayı artır

Çində yeni növ koronavirusa yoluxmuş əcnəbilərin sayı 27 nəfərə çatıb, 2 nəfər ölüb, 3 nəfər sağalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan bildirib.

“Hazırda ölüm faktları ilə bağlı müvafiq dövlətlərə məlumat vermişik. Ölənlərdən biri etnik çinlidir, amma ABŞ vətəndaşıdır”, – o deyib.

Qeyd edək ki, keçən həftə Çin XİN-i 19 əcnəbinin yoluxduğunu bildirmiş, ölüm halları barədə məlumat verməmişdi. Son məlumatlara görə, 22 əcnəbi müalicə alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK-nın araşdırma aparacağı seçki dairələrinin aqibəti necə olacaq?

Sonrakı məqalə

Xəzərdə dalğanın hündürlüyü 6.8 metrə çatıb