Çində son bir ayda koronavirusdan 60 min nəfər ölüb

Çində bir ay ərzində koronavirusdan təxminən 60 min nəfər ölüb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin səhiyyə orqanları məlumat verib.

“Çində 8 dekabr 2022-ci ildən 12 yanvara qədər koronavirusla bağlı 59 938 nəfər ölüb”, – Milli Səhiyyə Komissiyasının sözçüsü bildirib.

Bu, Pekinin dekabrın əvvəlində anti-koronavirus məhdudiyyətlərini yüngülləşdirməsindən sonra rəsmilər tərəfindən açıqlanan ilk əhəmiyyətli ölüm sayıdır. Üstəlik, bu rəqəm yalnız tibb müəssisələrində qeydə alınan ölüm hallarına aiddir.

Azpost.info

Əvvəlki məqalə

Britaniya İranın Baş prokuroruna sanksiya tətbiq etdi

Sonrakı məqalə

136 avtobus ünvana gecikir