Çində təyyarə uçuş zolağından çıxıb alovlandı –Yaralılar var (VİDEO)

Çinin cənub-qərbindəki hava limanında təyyarənin uçuş-enmə zolağından çıxıb alovlanması nəticəsində azı 25 nəfər xəsarət alıb.

Azpost.info xəbər verir ki, hadisə bu gün yerli vaxtla səhər saat 8:00-da baş verib.

İlkin məlumata görə, “Tibet Hava Yolları”na məxsus Airbus A319 sərnişin təyyarəsinin göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub. Bütün sərnişinlər təxliyə edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, hazırda onlara tibbi yardım göstərilir. Yanğın söndürülüb.

Sosial şəbəkələrdə təyyarə qəzasında ən azı 40 nəfərin xəsarət aldığına dair məlumatlar yayılıb.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov MDB XİN başçılarının iclasına getdi

Sonrakı məqalə

Dünyanın ən bahalı şirkətinin adı açıqlandı –