Çinin bu şəhərində hərbi vəziyyət elan olunub- Koronavirusa görə

Çinin Baodin şəhərində koronavirus pandemiyası səbəbindən hərbi vəziyyət elan olunub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, paytxat Pekindən 147 km aralığda yerləşən Baodində kənd təsərrüfatı məhsullarının topdan satış bazarında koronavirus aşkarlandığından hərbi vəziyyət tətbiq edilib.

“Epidemiya ilə Mübarizə üzrə Baş Qərargah Baodində koronavirusun yayılmasının qarşısını almaq üçün hərbi vəziyyətin sürətlə tətbiq olunduğunu və müharibə vaxtı mexanizminin işə salındığını elan edib”, – deyə şəhər rəhbərliyinin yaydığı açıqlamada bildirilir.

Qeyd edək ki, Baodin şəhərinin əhalisinin sayı 11 milyondan çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransa vətəndaşları bu gündən Aİ ölkələrinə səyahət edə biləcəklər

Sonrakı məqalə

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?