Fransa vətəndaşları bu gündən Aİ ölkələrinə səyahət edə biləcəklər

Fransa vətədanşları iyunun 15-dən Avropa İttifaqı (Aİ) ölkələrinə səyahət edə biləcəklər.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron xalqa müraciəti zamanı deyib.

E.Makron bildirib: “Bazar ertəsindən fransalılar Aİ ölkələrinə sərbəst səyahət edə biləcəklər. Normal epidemioloji vəziyyətdə olan Avropadan kənar ölkələrə isə iyulun 1-dən səyahət etmək mümkün olacaq”.

Qeyd edək ki, Fransa yeni növ koronavirusun yayılmasının qarşısı almaq məqsədilə martın 17-si sərhədlərini bağlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan səfirliyi azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı məlumat yaydı

Sonrakı məqalə

Çinin bu şəhərində hərbi vəziyyət elan olunub