Çinin raketnin dağıntıları Hind okeanına düşüb –VİDEO

Çinin CZ-5B raket daşıyıcısının ikinci qolunun dağıntıları Yerin atmosmerinə daxil olaraq Hind okeanına düşüb.

RİA Novosti xəbər verir ki, raket daşıyıcısının hissəsi bu gün səhər saatlarında – Bakı vaxtı ilə 6.24-də orbitdən endirilib.

Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çinin “Tianhe” baza modulunu orbital stansiyaya çatdırmışdı.

Xatırladaq ki, ABŞ-ın Massaçusets ştatının Kembric Astrofizika Mərkəzinin əməkdaşı Conatan McDouell ötən gün tvitter səhifəsində sözügedən raket daşıyıcının bir sıra ölkələrin adlarını çəkərək, onlardan birinin ərazisinə düşə biləcəyi ilə bağlı iddia səsləndirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarının ilk qalibləri müəyyənləşib

Sonrakı məqalə

Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə veteranları təbrik edib