Çinli milyarder Londonda həbs olunub

London polisi çinli milyarder, Guangzhou R&F Properties daşınmaz əmlak kompaniyasının idarə heyətinin sədri və baş direktoru Çjan Lini həbs edib.

Bu barədə kompaniya Çinin WeChat sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat dərc edib.

“Çjan Li Çində San-Fransisko şəhərinin ictimai xidmətlər departamentinin rəhbərləri üçün rüşvət qismində ziyafət təşkil etməsi, həmçinin onları öz hesabına mehmanxanada yerləşdirməsi ilə bağlı xəbər əsasında saxlanılıb”, – məlumatda belə deyilir. Kompaniyanın bəyanatında, həmçinin qeyd olunur ki, Guangzhou R&F Properties “bu yalan xəbərlə” əlaqədar hüquqi tədbirlər görməyi planlaşdırır.

Hazırda milyarder 15 milyon funt sterlinq (təxminən 18,4 milyon dollar) girov müqabilində sərbəst buraxılıb. Britaniya məhkəməsi onun ABŞ-a ekstradisiyası məsələsinə baxmaqda davam edir.

“Forbes” jurnalının məlumatına görə, 69 yaşlı Çjan Li təxminən 2,2 milyard dollar sərvətə sahibdir.

Əvvəlki məqalə

İpoteka kreditinin hesablanması qaydası dəyişib

Sonrakı məqalə

70 qadın məscidlərdə dini ayin icraçısı olmaq üçün müraciət edib