Çip istehsal edən fransız şirkətinin rəhbərləri həbs edildi- Rusiyaya texnologiya satdığına görə

Fransa hakimiyyəti “Ommic” şirkətinin fransalı və çinli rəhbərlərini həbs edib.

Azpost.info xəbər verir ki, buna səbəb hərbi sənayedə istifadə edilən gizli texnologiyaların Çin və Rusiyaya ötürülməsidir.

Çinli iş adamının nəzarətində olan “Ommic”in səhmləri də həbs edilib.

Bu barədə “Le Parisien” Fransa hakimiyyətinin araşdırmalarının nəticələrinə və məhkəmələrin qərarlarına istinadən yazıb.

“Ommic” Avropanın az sayda olan yarımkeçirici şirkətlərindən biridir. O, 5G avadanlığında, peyklərdə, o cümlədən tank və qırıcılarda radarlarda və raket yönləndirmə sistemlərində istifadə olunan super güclü, yüksək performanslı çiplər hazırlayır. Bu cür texnologiyalar diqqətlə qorunur və onların ixracına nəzarət edilir.

Azpost.info

Əvvəlki məqalə

Qarabağın erməni sakinlərinin “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb

Sonrakı məqalə

Azərbaycan-Avstriya oyunu bu stadionda keçiriləcək