Çoban qayadan yıxılaraq öldü-Zaqatalada

Zaqatalada çoban yüksək dağlıq ərazidə sıldırımlı qayadan yıxılaraq ölüb.

Hadisə iyulun 20-də axşam saatlarında baş verib.

Rayonun Muxax kənd sakini, 1970-ci il təvəllüdlü Əmir Ramazan oğlu Ağayev rayonun Sabunçi kəndi yaxınlığında, “Daşkəsən” adlanan yüksək dağlıq ərazidə sıldırımlı qayadan dərəyə yıxılıb. Ə.Ağayev yıxıldığı yerdə yaralı vəziyyətdə bu gün günorta saatlarına kimi tək və köməksiz qalıb. Ə.Ağayevi onunla birgə çoban işləyən yoldaşları yıxıldığı ərazidən taparaq kəndə gətirən zaman aldığı xəsarətlərdən yolda keçinib.

Ə.Ağayevin ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit məhkəmə tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Allahşükür Paşazadə şəhid Anar Novruzovun məzarını ziyarət edib –

Sonrakı məqalə

Serbiyalı nazir Ermənistana silah satdıqlarını etiraf edib: