Serbiyalı nazir Ermənistana silah satdıqlarını etiraf edib:“Dövlət yox, özəl şirkət göndərib”

Serbiyanın ticarət,turizm vətelekommunikasiya Naziri Rasim Lyaqiç Ermənistana serb silahını satdıqlarını etiraf edib.

Azpost.info haqqın.az-a istinadən bildirir ki, bu bardə “O Serbii po russki” saytı yazb.

Qeyd edək ki, serb qanunlarına görə, məhz bu nazirlik silah ixracına icazə verir.

“Bu il, 2020-ci ildə bir özəl şirkət Ermənistana silah satıb. Dövlət şirkətləri bunda iştirak etməyib. Hansı firmadan söhbət getdiyini deyə bilmərəm. Amma məlumdur ki, bu firma bir milyon avro dəyərində əsasən tüfəng, tapança satıb. Yük may-iyun aylarında göndərilib”.  

Lyaqiç qeyd edib ki, onunla yanaşı idxala XİN, DİN, Müdafiə Nazirliyi və xüsusi xidmət icazə verib.

Nazir bildirib ki, Ermənistana qarşı heç bir sanksiya mövcud olmadığına görə, belə hallarda alıcıya rədd cavabı vermirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çoban qayadan yıxılaraq öldü-

Sonrakı məqalə

Təyyarə sərnişinlərinin məlumatları elektron qaydada Gömrük Komitəsinə ötürüləcək