“Coca-Cola”nın loqosunda gizlənmiş “incə mesaj” nədir?

Cola
Cola

“Coca-Cola”-nın loqosunda aşkar edilmiş gizli mənanın “incə bir mesaj” olduğu üzə çıxıb.

Ortaya atılmış bu yeni qəribə iddia ilə bağlı dünya şöhrətli şirkət açıqlama verməyə ehtiyac görməyib. İstehsalına ilk dəfə Amerikada başlanılan və tezliklə də məhşurlaşan “Coca-Cola” içkisinin loqosu bütün dünyada tanınır. Lakin ən maraqlı məqam ondadır ki, hətta indinin özündə belə insanlar tərəfindən bəyənilən, eləcə də digərlərindən seçilən bu simvolik loqo dizaynda hələ də gizli bir mesaj olduğuna inananlar, bu cür düşünənlər var.

Dünyanın ən məşhur brendlərindən olan, həmçinin rəqibsiz içki kimi qəbul edilən “Coca-Cola” klassik qırmızı qablaşdırması və daha çox öz ağ rəngli, fırlanan hərfləri ilə asanlıqla tanınır.

Böyük Britaniyanın “Express” nəşri yazır ki, illər ötsə belə yenə “Coca-Cola” içkisi özünün yeni variantlarını istehsal etsə də məşhur loqo öz imzasını saxlayır, həm də o, bütün yeni versiyalara uyğunlaşa bilib.
Bütün dünya üzrə brendlər öz loqolarının güclü təsirinə və cəlbedici görünməsinə əsaslanmaqla, həmçinin bu cür fərqlilik naminə çalışırlar.

“Bizneslərə böyük bir loqonun gətirdiyi dəyəri iş adamları görməməzlikdən gələ bilməz. Bu, şirkət və potensial müştərilər arasındakı əlaqədir, həm də müştərilərin ən çox xatırlayacaqları bir detaldır”-deyə Loqo və brendinq strategiyası şirkətinin prezidenti Riçard Lau bildirib. Mütəxəssis kimi öz fikirlərini bölüşən Lau bildirib ki, stilizə edilmiş “Coca-Cola” loqotipindəki zərif “C” at quyruğu əslində bu brendin xoşbəxtlik, həzz üzərində fokuslanmasını vurğulayan təbəssümü simvolizə etmək üçün nəzərdə tutulub. Təcrübəli ekspert daha sonra deyib: “Bu incə mesaj xüsusi əhəmiyyət daşımaya, diqqətdən kənarda qala da bilər, lakin dünyaca məhşur olan belə bir içkinin loqotipinin şüuraltı olaraq istehlakçıların şüurunda brendlə müsbət bir assosiasiya yaratması şübhəsizdir”.

İçki resepti ilk dəfə 1886-cı ilin mayında Atlantada yaşayan əczaçı, doktor Con S. Pemberton tərəfindən icad edilib. O, yeni icad etdiyi bu məhsulun bir küpünü öncə “Jacobs Pharmacy” aptekinə aparıb və orada “Coca-Cola”-nın ilk nümunəsini əla bir içki kimi tanıdıb. Həmin dövrlərdə artıq onun stəkanını beş sentə dadlı qazlı içki kimi satışa təqdim etmişdi, üstəlik də çox sayda müştərilər də toplaya bilmişdi. Daha sonra Con Pembertonun mühasibi Frank Robinson iki C hərfinin gözoxşayan və reklamda yaxşı görünəcəyi ideyasını verir. Beləliklə də mühasibin irəli sürdüyü “Coca Cola” təklifi nəhayət qəbul olunur. Onlar həmin dövrdə yayılmış Spencerian şriftini sınaqdan keçirməklə içkinin adını məhz belə yazırlar.

“Coca-Cola” içkisinin bu məhşur loqosu XX əsrdə, 1960-cı illərin sonlarına qədər müxtəlif dəyişikliklərə, eləcə də yenidən dizaynlara məruz qalıb. Nəhayət 1969-cu ildə son versiya qəbul edilib.

Onu da xatırladaq ki, sonuncu dəfə qəbul olunmuş “Coca-Cola” içkisinin versiyası bu günə qədər tanınan, sevilən, gizli bir mənanın olduğu ehtimal edilən, eləcə də “incə mesaj” adlandırılan bir loqodur.

Oqtay Qorçu

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.