Cons Hopkins Universiteti:Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1 milyonu keçib.

APA xəbər verir ki, ABŞ-dakı Cons Hopkins Universiteti şəxsi hesablamaları əsasında belə bir nəticəyə gəlib. Universitet rəsmi mənbələrdən və KİV-dən əldə olunan geniş statistik məlumatları ümumiləşdirir.

Universitetin məlumatına görə, ölənlərin sayı təxminən 51,5 minə çatıb.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə 900 min yoluxma və 46 min ölüm faktını qeydə aldığını bildirib.

Hazırda dünyanın 165 ölkəsində koronavirus aşkar olunub. Ən çox ölüm halları İtaliya (13 915), İspaniya (10 003), ABŞ (5316), Fransa (4503), Çin (3287), İran (3160), Böyük Britaniya (2921), Niderland (1339), Belçika (1011) və Almaniyada (1001) qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp tibbi ləvazimat qıtlığına görə qubernatorları tənqid edib

Sonrakı məqalə

Abşeron və Sumqayıtdan paytaxta girişdə polis postları qurulub –