Conson Baydeni Zelenski ilə görüşünün nəticələri barədə məlumatlandırıb

President Joe Biden and British Prime Minister Boris Johnson talk as they look over copies of the Atlantic Charter, during a bilateral meeting ahead of the G-7 summit, Thursday, June 10, 2021, in Carbis Bay, England.The Atlantic Charter is a copy of the original 1941 statement signed by FDR and Winston Churchill. (AP Photo/Patrick Semansky)

Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Bu barədə Britaniya Baş naziri “Twitter“də bildirib.

Boris Conson Ukrayna səfəri və Prezident Zelenski ilə görüşünün nəticələri barədə Co Baydeni məlumatlandırıb.

Britaniya Baş naziri qeyd edib ki, o və ABŞ lideri Ukrayna Prezidenti Zelenskini və Ukrayna xalqını azadlıq uğrunda apardığı mübarizədə dəstəkləyir.

“Putinin barbar təşəbbüsünün uğur qazanmasına imkan vermək olmaz”, – Boris Conson vurğulayıb.

Əvvəlki məqalə

Deputatı Mövlam Şıxəliyevin məhkəməsinə çağırırlar

Sonrakı məqalə

“Ukrayna danışıqları dalana dirəyib” –