Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

COP29:

Orkhan Ali 16 Noyabr 2024 - 12:20 (Last updated: 21 May 2025 - 20:15)
17317439082753145050_1200x630

COP29 çərçivəsində tarixdə ilk dəfə olaraq BMT-nin İqlim Konfransının Rəqəmsallaşma Günü keçirilib.

İqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verən bu günün məqsədi rəqəmsallaşma istiqamətində birgə fəaliyyəti təşviq etmək olub.

Rəqəmsallaşma Günü çərçivəsində, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa təşkil edilib.

Dəyirmi masanın məqsədi rəqəmsallaşmanın çətinlikləri, imkanları və onun iqlim gündəmindəki rolu ilə bağlı müzakirələri gücləndirmək üçün fəal iştirak və liderliyin təşviqi, məlumatlılığın artırılması və öhdəlikləri təmin etmək üçün xüsusi platformanın yaradılması, həmçinin Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün qlobal iqlimlə bağlı fəaliyyətində davamlı sürət və hesabatlılığı təmin etmək olub.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə çıxış edərək rəqəmsal texnologiyaların önəminə diqqət çəkib: “Bu texnologiyalar xüsusilə iqlim monitorinqi, erkən xəbərdarlıq sistemləri və iqlim çağırışlarına davamlılığın yaradılması kimi sahələrdə BMT-nin “Davamlı inkişaf üzrə 2030 gündəliyi”nə nail olmaq istiqamətində mühüm hərəkətverici qüvvədir”.

Dəyirmi masada Azərbaycanın da qlobal təcrübələrdən faydalanaraq yaşıl rəqəmsal transformasiya yolunu müəyyən etdiyi vurğulanıb. Bu xüsusda Azərbaycanda peyk əsaslı ətraf mühitin monitorinqindən tutmuş, resurslardan istifadəni və emissiyaların azaldılmasına imkan verən rəqəmsal hökumət platformalarına qədər iqlimə davamlılığı dəstəkləmək üçün rəqəmsallaşmanın tətbiq edildiyi nəzərə çatdırılıb.

Bildirilib ki, şəhər havasının çirklənməsini və emissiyaları azaltmaq üçün avtobus və taksi parkları elektrik və hibrid avtomobilləri ilə modernləşdirilib. Bundan əlavə, xüsusi infrastruktur yaratmaqla dayanıqlı mobillik və mikromobillik imkanları genişləndirilib.

Qeyd edilib ki, sözügedən tədbirlərin həyata keçirilməsində məqsəd davamlılığı təşviq etmək, ətraf mühitə təsirləri azaltmaq və inklüziv inkişafı təmin etmək üçün iqtisadiyyatın bütün sektorlarında davamlı rəqəmsal həllərin tətbiq olunmasıdır. COP28-də başlanmış Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün rəqəmsal inkişafın iqlim fəaliyyəti ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğu vurğulanıb.

“COP29 Sədrliyi və ev sahibi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”, – deyən BTİ Baş katibi xanım Dorin Boqdan-Martin bildirib: “Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə və azaltmalı olduğumuza, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparmalıdır. Gəlin, COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək”.

BTİ Baş katibinin müavini Tomas Lamanauskasın moderatorluq etdiyi dəyirmi masada rəqəmsallaşmaya cavabdeh nazirlər, yüksəksəviyyəli rəsmilər, Yaşıl Rəqəmsal Fəaliyyət Tərəfdaşlarının nümayəndələri və özəl sektor təmsilçiləri iştirak ediblər. Tədbirdə rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyasına, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin təkmilləşdirilməsinə və uğurlu davamlılıq təşəbbüslərinin nümayişinə dair müzakirələr aparılıb.

Bildirilib ki, məlumatların emalı, süni intellekt və rabitə vasitələrinə artan tələbat enerji istehlakı materialdan istifadə və elektron tullantıların istehsalının artması ilə müşayiət olunur. İKT sektorunun qlobal emissiyaların 1,5 faizdə 4 faizə qədərini təşkil edəcəyi təxmin edilir ki, bu da rəqəmsal genişlənməyə yönəlmiş yaşıl və məsuliyyətli bir yanaşmaya olan təxirəsalınmaz ehtiyacın zəruriliyini daha da gücləndirir.

Sonra maraqlı tərəflərin çıxışları dinlənilib. Çıxışlar rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması, davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş olunması və rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması mövzularını əhatə edib.

Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub. Bəyannamənin qəbulu ilə tərəflər 8 məqsədi – iqlim fəaliyyəti üçün rəqəmsal texnologiyalar və alətlərdən istifadə, dayanıqlı rəqəmsal infrastrukturun qurulması, rəqəmsallaşmanın iqlimə təsirinin azaldılması, rəqəmsal inklüzivlik və savadlılığın təşviqi, məlumata əsaslanan qərar qəbulu, davamlı innovasiyaların təşviqi, davamlı istehlakçı təcrübələrinin təşviqi və ən yaxşı təcrübələrin paylaşılmasının asanlaşdırılmasını təsdiqləyiblər.

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməyə bu günədək minə yaxın rəqəmsal texnologiya cəmiyyətinin üzvü öz dəstəyini bəyan edib.

Bəyannamənin sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolunu oynayacağı vurğulanıb.

Post navigation

Previous: Yeni salınacaq armud bağlarına görə fermerlərə dövlət dəstəyi veriləcək
Next: MSK seçkilərin yekun nəticələrini təsdiqləyib –

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.